Naxçıvanda bu dəfə də borcu olan aşkarlanmadı

İQTİSADİYYAT
10:36 / 05.09.2020
1109

Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin avqust ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azvision.az az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 39 milyon 192 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 323 min 100 manat olub, cəmi 3 milyon 320 min 600 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.


 

0