Bloomberg: dünyanı yeni iqtisadi böhran gözləyir

İQTİSADİYYAT
21:16 / 07.09.2020
1027

Mütəxəssisləri bu ilin sonuna qədər dünyanın yeni iqtisadi böhranla üzləşəcəyini proqnozlaşdırıblar.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Onların sözlərinə görə, qlobal iqtisadiyyatın bərpa olmağa başlamasına baxmayaraq, bir çox problemlər aktual olaraq qalır. Belə ki, “Pacific Investment Management”in müşaviri İoahim Felsin fikrincə, hazırda ölkələr zirvə nöqtəsinə çatıblar, bundan sonra isə tənəzzül başlayacaq.

İnkişaf etmiş ölkələr pandemiyanın vurduğu zərəri kompensasiya etmək üçün trilyonlarla dollar vəsait xərcləyiblər. Bunun sayəsində avqust ayıda ABŞ-da işsizliyin səviyyəsi kəskin azalıb, mənzil bazarındakı vəziyyət isə xeyli yaxşılaşıb. Çin iqtisadiyyatı bərpa olur, Almaniyada istehsal artır. Bunun yanaşı, inkişaf etmiş bazarlar “möhlət” ala biliblər.

Lakin iqtisadçılar qeyd edirlər ki, bu mövqeləri qoruyub saxlamaq asan olmayacaq. Bunun üçün hökumətlərin iqtisadiyyatın stimullaşdırılmasına yönələn tədbirləri aktivləşdirmələri tələb olunur.

Məsələn, ABŞ-da avqust ayında 1,4 milyon yeni iş yeri yaradılıb. “Moody’s” agentliyinin nümayəndəsi Rayan Svit bildirir ki, iqtisadiyyat “bu tempə dəstək olmalıdır”, lakin maliyyə olmadan bunu etmək çətin olacaq.

Bundan başqa, digər narahatlıqlar da var. Xatırladaq ki, bir ay əvvəl böyük brendlər iş yerlərini azaltdıqlarını açıqlayıblar. Onlar sırasında “Ford Motor Co.” və “United Airlines Holdings Inc.” var.

ABŞ və Çin arasındakı gərginlik noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində daha da kəskinləşə bilər. Məqalədə qeyd edildiyi kimi, bu, işgüzar güvənə xələl gətirə bilər.

Koronavirusun bir neçə ay əvvəl lokallaşdırıldığı Çində istehlakçılar hələ də pul xərcləmək istəmirlər. Eyni zamanda, ölkənin ən böyük bankları, pis borcların artması səbəbindən son on ildə mənfəətin rekord səviyyədə azaldığını söyləyirlər.

Avropa fabrikləri zəif tələb və aşağı düşən qiymətlər mənfəətə təsir göstərdiyindən xərcləri azaltmağa çalışırlar.

Daha bir problem – koronavirusun ikinci dalğasının başlaması riski. Ümumilikdə, mütəxəssislər pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərərin 35 trilyon dollar təşkil edəcəyini ehtimal edirlər.

0