Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar MƏLUM OLDU

İQTİSADİYYAT
21:42 / 10.09.2020
1141

2020-ci ilin yanvar-iyun aylarında aktivlərindən ən yaxşı istifadə edən banklar açıqlanıb.

FED.az xəbər verir ki, aktivlərindən ən yaxşı istifadə edən bank “Kapital Bank”dır. Bankın bu göstəricisi 3,50%-dir.

ExpressBank bu göstəriciyə görə, 2-ci yerdədir. Bankın aktivlərdən istifadə göstəricisi 2,21%-dir.

Bundan başqa, 6 bank aktivlərindən yaxşı istifadə etmə göstəricisi 1-2% arasında olub. Bu banklar “NaxçıvanBank”(1,98%), “Bank of Baku” (1,43%), Beynəlxalq Bank (1,40%), “UniBank” (1,27%) və “Premium Bank”dır (1,13%).

13 bankın aktivlərindən istifadə göstəricisi 0-1%, 5 bankın isə 0 ilə -3 arasında yerləşir.

Bankların tam siyaısı üçün aşağıdakı aktiv linkdən baxa bilərsiniz:

1