Məktəbli formaları burada satılır – ÜNVANLAR

İQTİSADİYYAT
20:13 / 10.09.2020
935

Bakı Tikiş Evinin nəzdindəki mağazalar Bakı və Sumqayıt şəhərlərində, eləcə də Qaradağ rayonunda fəaliyyət göstərir. Həmin ünvanlardan məktəbli formalarını əldə etmək mümkündür.

Bu sözləri Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məktəbli formalarının satışının hansı ünvanlarda həyata keçirilməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, qurumun mağazaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

“Bakı şəhəri, Bakı Tikiş Evinin (fabrikin) çıxışında (əsas, böyük mağaza)

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 55

Bakı şəhəri, Xətai rayonu, “Amay” ticarət mərkəzi

Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl qum 7A

Şəhər Ticarət Mərkəzi (City Centre)

Qaradağ rayonu, Sahil qəsəbəsi, “Yeni Sahil” ticarət mərkəzi”.

E.Əzimov qeyd edib ki, vətəndaşlar (+994 12) 597 45 39 “qaynar xətt” nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərlər.

0
Axar.az