İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı aparılan işlər bir neçə aya yekunlaşacaq.
Bunu İran Energetika naziri Rza Ərdəkanian ölkə mətbuatına açıqlamasında deyib.
“İran-Rusiya-Azərbaycan elektrik körpüsü üzrə layihədən İran şirkəti məsuliyyətlidir. Şirkət artıq fəaliyyətə başlayıb. Üç ölkə arasında elektrik enerjisi sisteminin əlaqələndirilməsi çox vacib məsələdir”, - nazir bildirib.
Axar.az