ASA-da yeni komitə sədri seçildi – TƏYİNAT

İQTİSADİYYAT
18:12 / 17.09.2020
1027

Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinə yeni sədr seçilib.

ASA-dan verilən məlumata görə, bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlərdən biri komitə sədrliyi ilə bağlı olub. Bu vəzifəyə ASA-nın hüquqşünası Əziz Əlizadə seçilib.

Qeyd edək ki, Ə.Əlizadə əmək fəaliyyəti ərzində müxtəlif yerli və xarici şirkətlərin menecmentində təmsil olunub. O, təşkilati strukturun idarə edilməsi, yeni biznes müəssisələrin inkişaf etdirilməsi, şirkətdaxili korporativ hüquqi problemlərin həlli, o cümlədən genişmiqyaslı beynəlxalq tiçarət əməliyyatlarını həyata keçirib.

0
Index.az