Dövlət qurumunun virusla bağlı tenderini BU ŞİRKƏT UDDU

İQTİSADİYYAT
19:48 / 17.09.2020
973

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi COVİD-19 pandemiyası ilə bağlı müayinə-test xidmətləri üçün keçirdiyi kotirovka soğusunun nəticəsini açıqlayıb.

FED.az xəbər verir ki, sorğunu "Referans Klinik Laboratoriya Mərkəzi" MMC qazanıb.

Dövlət qoruğu COVİD-19 pandemiyası ilə bağlı müayinə və test xidmətləri üçün şirkətə 20 min manat ödəyəcək.

Qeyd edək ki, "Referans Klinik Laboratoriya Mərkəzi" MMC 14 oktyabr 2004-cü ildə 100 manat kapitalla yaradılıb. Şirkəti qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur. Mərkəz 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

0