Azərbaycanın rayon və şəhərləri üzrə istehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə nə qədər bahalaşdığı məlum olub.
FED.az xəbər verir ki, ən çox bahalaşma Lerik, Siyəzən, Göyçay, Ağstafa, Gədəbəy, Yevlax rayonlarında olub. Bu rayonlarda olan bahalaşma 7% və 7%-dən yuxarı olub.
Ən az bahalaşma isə Şamaxı, Bakı, Qsar, Masallı, Naxçıvanda olub. Bu rayonlarda (şəhərlərdə) bahalaşma 0-3% aralığında olub.
Qeyd edək ki, respublika üzrə bahalaşma 2,9% olub. 53 rayonda (şəhərdə) bahalaşma 2,9%-dən çoxdur. Ölkə üzrə orta göstəricidən (2,9%) aşağı bahalaşma olan rayon və şəhərlər Şamaxı, Bakı, Qsar, Masallı, Naxçıvandır.
FED.az rayon və şəhərlərdə məhsul və xidmətlərin qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşma dinamikasını təqdim edir: