2020-ci ilin yanvar-iyun aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53.3 faizi qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf edilib.
Bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının 6 aylıq hesabatında yer alıb.
Hesabatda bildirib ki, bu istiqamət üzrə xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 faiz artıb.
Sərf olunan xərclər toxuculuq məhsulları, geyim və ayaqqabı üzrə 19.4, elektrik malları və mebel üzrə 5.9, digər qeyri-ərzaq malları üzrə isə 0.5 faiz azalıb. Əczaçılıq və tibbi mallara sərf olunan xərclər isə 34.5 faiz artıb.
Cebhe.info