İqtisadçı alim: “İnternetin keyfiyyəti pis, sürəti aşağı, qiyməti də baha...”

İQTİSADİYYAT
14:18 / 19.09.2020
869

"Azərbaycanda internetin keyfiyyəti pis, sürəti aşağı, qiyməti də bahadır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçi alim Qubad İbadoğlu deyib. O bildirib ki, Azərbaycanda internet son illər ərzində müasir dünyanın sıçrayışlı inkişafı ilə müqayisədə dəfələrlə geri qalıb:

"Dünən ADR Hərəkatının təşəbbüsü ilə zoom üzərindən təşkil olunan "Qadınların cəmiyyətdə rolu və hüquqları" mövzusunda videokonfransda buna bir daha əmin oldum. İştirakçılar, xüsusilə bölgələrdən qoşulanlar məhz internetin ketfiyyətsizliyinə görə çıxış edərək, istədiklərini çatdıra bilmədilər. Bu zaman səsin qırılması və fasilələrlə eşidilməsi göstərdi ki, Azərbaycanda internet son illər ərzində müasir dünyanın sıçrayışlı inkişafı ilə müqayisədə bəlkədə 100 dəfələrlə geri qalıb. Adını Yüksək Texnologiyalar qoyan keçmiş Rabitə Nazirliyi hələ də qiymətlər üzərində nəzarətini saxlayır. Dövlətin bu sahədə siyasətini həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet bazarında rəqabətə şərait yaratmaq əvəzinə "Baktelekom” dövlət provayderlərin hökmran mövqeyini dəstəkləyir”.

Qubad İbadoğlu hesab edir ki, dövlət provayderləri özəlləşdirilməlidir:

"Magistral provayderlər topdansatış qiymətlərini ucuzlaşdırmalıdır. Bununla internetin qiyməti ucuzlaşdırılmaqla ona çıxış imkanları artırılmalıdır. Mobil operatorlalar selular datanın qiymətlərinə yenidən baxmalıdır. Əks təqdirdə pandemiya dövründə məsafədən dərs və işin effektivliyi texniki səbəblərə görə aşağı düşəcək”.

0