Bu rayonlarda yeni məktəblər tikiləcək

İQTİSADİYYAT
19:20 / 21.09.2020
922

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi layihə-smeta sənədlərinin hazırlanması tenderlərinin qaliblərini açıqlayıb.

FED.az xəbər verir ki, nazirlik 6 tenderə ümumilikdə 675 min 820 manat xərcləyib.

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Azkommunlayihə" ilə 3 müqavilə imzalayıb. Tenderin ümumi məbləği 284,7 min manatdır.

Qəbələ rayonu, Zarağan kənd 528 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 100 min 700 manat; Masallı rayonu, Qızılağac kənd 528 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 101 min 640 manat; Ismayıllı rayonu, Sumağallı kənd 264 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 82 min 360 manat.

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Sosial-İnkişaf Layihə" MMC ilə 202,1 min manat olan 2 tender müqaviləsi imzalayıb.

Qazax şəhərində 700 şagird yerlik Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 113 min 970 manat; Balakən rayonu, Yeni Şərif kənd 360 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 88 min 150 manat.

Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "EL & EN" Firması ilə 190 min manatlıq 1 müqavilə imzalayıb.

Şəki şəhərində 960 şagird yerlik yeni tam orta məktəbinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması – 190 min manat.

0