11 noyabr 2020-ci il saat 09:00-da “Yevlax Tikinti-7” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1/12 nömrəli ünvanda, “Lara” otelin konfrans zalında keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. Cəmiyyətin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabatı məsələsi.
2. Cəmiyyətin idarə heyətinin sədrinin dəyişdirilməsi məsələsi.
3. Cəmiyyətin idarə heyəti üzvlərinin səlahiyyətlərinə xitam verilməsi məsələsi.
4. Cəmiyyətin Nizamnaməsinin dəyişdirilməsi və ya Cəmiyyətin Nizamnaməsinə dəyişikliklərin əlavə edilməsi məsələsi.
5. Digər məsələlər.