“Əlilliyin müəyyən olunması meyarları” layihəsi sayəsində mövcud olan üç dərəcə ilə sağlamlıq imkanlarının məhdudluğu aradan qaldırılır və vətəndaşın orqanizminin itirilmə faizi əsas götürülür”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Nazirliyin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.
Onun sözlərinə görə, köhnə qaydada orqanizmin funksiyasının itirilməsi 0-30 arasında olanda əlillik təyin olunmur:
“31-60 faiz dərəcəsində olanda III dərəcə, 61-80 faiz olanda II dərəcə, 81-100 faiz olanda I dərəcə əlillik təyin olunur”.
O qeyd edib ki, yeni layihədə I dərəcədə orqanizmin sosial bacarıqlarının hansı dərəcədə məhdudlaşması əsas götürülür:
“II dərəcədə əlil şəxs kənar şəxsin köməyinə ehtiyac duyur, III dərəcə daimi olaraq kənar şəxsin köməyinə ehtiyac duyur və köməkçi texniki vasitələrdən istifadə edir”.