Neft $37-ə tərəf istiqamətlənib

İQTİSADİYYAT
09:47 / 21.05.2020
1342

Birjalarda Brent markalı xam neftin dəyəri 36 dollar/barelin üzərinə çıxıb.

Bloomberg xəbər verir ki, Londonun ICE fond birjasında iyul fyuçersləri üzrə Brentin bir barelinin dəyəri 0.47 dollar, yəni, 1.31% bahalaşmaqla 36.22 dollara satılıb.

Nyu-Yorkun Nymex əmtəə birjasında WTI xam nefti 0.41 dollar və ya 1.22 faiz bahalaşmaqla 33.90 səviyyəsində müəyyən olunub.

Bahalaşma eləcə də Tokio birjasında da hiss olunub. Xam neftin 1 kilo litri 3.98% bahalaşmaqla 26 140 yapon yeni (USD: 242.88) təşkil edib.

0
Banker.az