Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq ayına nisbətən 67% artaraq 938,8 min dekalitr təşkil edib.
HİT.Az xəbər verir ki, "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ilin ilk dörd ayında ölkədə 73,4 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətdə 42,6% azalma deməkdir.
Bundan başqa, hesabat dövründə ölkədə 1 797,1 mln. ədəd papiros və siqaret istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.
İçki və tütün məmulatlarının istehsalı:
Məhsul növləri
2020-ci ilin yanvar-aprel aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq aylarına nisbətən, %
İçki məhsulları
Araq, min dkl
938,8
167
Brendi (konyak), min dkl
10,9
113,5
Üzüm şərabı, min dkl
80,3
44,6
Şampan şərabı, min dkl
-
-
Pivə, min dkl
1 166,3
119,2
Likörlar, min dkl
73,4
57,4
Alkoqolsuz içkilər, min dkl
6 105,1
102,0
Papiros və siqaretlər, mln. ədəd
Papiros və siqaretlər, mln. ədəd
1 797,1
2,1 dəfə
Fermentləşdirilmiş tütün, ton
1 597,2
69,2