Deputat ayaqqabı satışı ilə məşğul olurmuş (SƏNƏDLƏR)

12:38 / 01.05.2020
2414

Milli Məclisin deputatı Azər Kərimli Moskvada topdan ayaqqabı satışı ilə məşğul olub.

Hit.Az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

“Azər Kərimli 17 il ərzində millətvəkili statsu ilə Rusiya qarşısında vergi ödəyicisi kimi öhdəlik daşıyıb. Amma tərcümeyi-halında Moskvadakı biznes fəaliyyəti ilə bağlı məlumatlarda saxtakarlığa yol verib, ictimaiyyəti aldadıb.

Deputat həm rəsmi, həm qeyri-rəsmi bioqrafiyasında Rusiyada təsisçisi və rəhbəri olduğu "Fəxri" MMC-nin (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ФАХРИ") guya deputatlığından bir il əvvəl, yəni 1999-cu ildə fəaliyyətini dayandırdığını qeyd edib. Amma əlavələrdə sizə təqdim etdiyim sənədlərdən bəlli olur ki, şirkət cəmi 3 il əvvəl, 2017-ci ilin noyabrında fəaliyyətini dayandırıb.

Şirkət deputatın tərcümeyi-halında qeyd edildiyi kimi 1991-ci ildə deyil, 1997-ci ilin iyulun 24-də təsis olunub, 2003-cü ilin yanvarın 27-də Azər Kərimlinin Hüseynov Adil Həmid oğlu ilə ortaqlıq qərarı ilə bağlı reyestr məlumatları yenilənib. Sənədlərdən aydın olur ki, Azər Kərimli Moskvada topdan ayaqqabı satışı ilə məşğul olub. 2017-ci ilin sonlarında Rusiyadakı şirkətini ləğv edən deputat 2018-ci ilin sentyabrında oğlu Fəxri Kərimlinin adına İngiltətədə KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) əmlak şirkətini qeydiyyatdan keçirib” – C.Həsənli bildirib.

2