"Amrah Sığorta" bağlanır

İQTİSADİYYAT
16:53 / 16.10.2020
1184

"Amrah Sığorta" ASC ləğv olunduğunu elan edib.

HİT.Az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 21A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə, 15%-i isə onun oğlu Əmrah İldırımzadəyə məxsusdur.

0