ASA-ya icraçı direktor təyin olundu

İQTİSADİYYAT
14:58 / 02.11.2020
1224

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru vəzifəsinə Elmar Mirsalayev təyin olunub.

Bu barədə "APA-Economics"ə ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev bildirib.

Elmar Mirsalayevin namizədliyi və icraçı direktor vəzifəsinə təyinatı ASA-nın Müşahidə Şurasının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Elmar Mirsalayev bu təyinata qədər "Atəşgah Sığorta" şirkətində Zərərlərin tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışıb.

0