2020-ci ilin yanvar-sentyabr ayı üzrə Azərbaycanda orta aylıq əməkhaqqı açıqlanıb.
HİT.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 706,6 manat təşkil edib. Bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,1 % çoxdur. Əhalinin gəlirləri isə nominal ifadədə 1,4 % azalaraq 46056,8 milyon manat təşkil edib.