Dövlət agentliyi 2.2 milyonluq sifariş verib

İQTİSADİYYAT
11:56 / 21.11.2020
893

Dövlət agentliyi 2,2 milyon manatlıq sifariş verib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi elan etdiyi açıq tenderə yekun vurub.

Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata görə, agentlik bu istiqamətdə “Lotus Co” Qapalı Səhmdar Cəmiyyəti ilə artıq müqavilə bağlayıb.

Belə ki, müqavilə şərtlərinə əsasən şirkət tərəfindən tender üzrə nəzərdə tutulan maşın və avadanlıqların təmin edilməsinə 2 milyon 206 min 610 manat sərf olunacaq.

Qeyd edək ki, “Lotos Co. LTD” şirkəti 1995-ci ildə Bakıda təsis edilib və şirkət torpaq qazma işlərində ixtisaslaşıb.

0