Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Atabank” və “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.
Həmçinin bildirilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC 1 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banklara verilmiş şəhadətnamə ləğv edilib.