“Azər-Maya” Şuşanın çörək təchizatına başladı

İQTİSADİYYAT
12:18 / 15.12.2020
1384

"Azər-Maya” ASC Şuşada fəaliyyət göstərən çörək istehsalı ilə məşğul olan müəssisələri maya ilə təmin etməyə başlayıb.

HİT.Az xəbər verir ki, bundan sonra Şuşada bişirilən çörəklər onların istehsal etdiyi maya ilə bişiriləcək.

Artıq Şuşada fəaliyyətdə olan dörd çörək zavodu tam şəkildə "Azər-Maya” tərəfindən təchiz olunur.Məlumat üçün bildirək ki, "Azər- Maya” Azərbaycanın qida sektorunun aparıcı şirkətlərindən biridir. Eyni zamanda regionun yeganə maya istehsalçısıdır.

1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər-Maya” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır.

Onların istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycan Respublikasının tələbatını tam ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edilir.

0