Bu şirkət iş və işçi axtarışını pandemiya dövründə belə asanlaşdırır

İQTİSADİYYAT
14:58 / 24.12.2020
995

Əhalinin böyük bir qisminin işsizlik probleminin həll yolunu təqdim edən innovativ ProJobs.AZ portalı artıq bir neçə aydır ki, uğurlu fəaliyyət həyata keçirir. Faəliyyətinin qısa müddətinə baxmayart artıq minlərlə iş axtaranlar portaldan geniş yararlanmaqdadırlar və bir çoxları öz arzuladığı işi tapmaqa nail olmuşdurlar. 

ProJobs.AZ portalının namizədlər üçün faydaları:

Rahat və sadə interfeysə malik olan ProJobs.AZ namizədlərin iş axtarış prosesini hər gün əlavə edilən 100-ə yaxın yeni vakansiya ilə daha sürətli və effektiv etməyə kömək edir. Belə ki, siz portalda qeydiyyatdan keçərək, ödənişsiz olaraq cv yarada və şəxsi kabinetinizi yarada bilərsiniz. 

Yaratdığınız şəxsi kabinetdə əldə edəcəyiniz üstünlüklər:

CV-nizi ixrac edə bilmək və paylaşmaq,

Portalda istədiyiniz vakansiyalara bir kliklə müraciət etmək,

Müraciət etdiyiniz vakansiyaları eyni pəncərədə görə bilmək,

Vakansiyalardan gələn təsdiq və ya imtina nəticələrini görmək,

Bütün müraciətlərin tarixçəsini görmək,

İş elanı paylaşmağın üstünlükləri:

Axtardığınız sahəyə uyğun iş elanı paylaşaraq, işçi axtaranların da sizin profilinizi görməsinə şərait yaratmaq,

Bunlarla bərabər, ProJobs.AZ sizə profilinizdə baş verən bütün proseslər barədə həm emailinizdən, həm də portaldan bildiriş almaq üstünlüyünü də təqdim edir.

Namizədlərin portalda daha rahat və özlərinə uyğun vakansiyaları tapmaq üçün fürsətlər:

Seçdiyiniz vakansiyaları yaddaşda saxlamaq,

Kateqoriya, əmək haqqı kimi ətraflı filteri tətbiq edərək, sizə ən uyğun vakansiyanı tapmaq,

Mobil tətbiq vasitəsilə istənilən anda və yerdə portalın üstünlüklərindən yararlanmaq.

ProJobs.AZ portalının insan resursları əməkdaşları üçün faydaları:

ProJobs.AZ təkcə iş axtaranlar üçün deyil həmçinin işçi axtaranların da rahatlıqla istifadə edə biləcəyi portaldır. Portalda şirkət olaraq qeydiyyatdan keçərək bunları əldə etmiş olacaqsınız:

İstədiyiniz vakansiyanı asanlıqla portala əlavə etmək,

Şəxsi kabinetiniz vasitəsilə elan etdiyiniz bütün vakansiyaları və onlara edilən müraciətləri bir pəncərədə görmək,

Vakansiyanıza müraciət edən namizədlərin CV-lərini bir kliklə yükləmək,

CV bankında peşəkar namizədlərdən sizə uyğun olanı portal üzərindən müsahibəyə dəvət etmək,

Müsahibə vaxtını və yerini portal üzərindən müəyyən etmək,

Həm portaldan, həm də email vasitəsilə bütün proseslər barədə bildiriş almaq,

Portalın təmin etdiyi proqram təminatı vasitəsilə birbaşa onlayn müsahibəyə keçid etmək.

Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, böyük uğurlara imza atan ProJobs.AZ-da son bir necə ay ərzindər: 

Şirkət qeydiyyatı 1800-dən çox,

Dərc edilən vakansiya sayı 5300-dən çox,

Namizəd qeydiyyatı 6000-dən çox,

Namizəd iş elanı 900-dən çox olmuşdur.

Ümumiyyətlə son 6 ay ərzində ProJobs.AZ portalı vasitəsilə şirkət vakansiyalarına namizədlər tərəfindən 50000 (9500-dən çox müraciət birbaşa portal üzərindən) müraciət olmuşdur. Bu göstəricilərə əsasən, ProJobs.AZ ölkənin məşğulluq faizinə böyük dəstək vermişdir.

Yuxarıda qeyd olunan innovativ imkanları sahəyəsində ProJobs.AZ portalını oxşar portallardan kəskin şəkildə fərqləndirir və bu da istifadəçilər arasında getdikcə populyarlaşmasına səbəb olub. Portal ilə bağlı daim inkişaf planı hazırlanır və peşəkar komanda tərəfindən dayanmadan yeni imkanlar artırılır. Belə ki, tezliklə portalda təlim və kurslarla bağlı elanların dərc edilməsi imkanı istifadəyə veriləcəkdir. Bununla da, namizədlər ProJobs.AZ vasitəsilə iş tapmaqla yanaşı, öz biliklərinin artırılması ilə bağlı təlim və kurslara qoşula biləcəklər.

ProJobs.AZ portalında sadəcə qeydiyyatdan keçməklə hər kəs bu imkanlardan yararlana bilər.

0