Mərkəzi Bankdan "qara bazar"dakı valyuta mübadiləsiylə bağlı XƏBƏRDARLIQ

İQTİSADİYYAT
11:45 / 26.12.2020
1203

“Ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yalnış fikirlərə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir”. 

HİT.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında qeyd edilib.

Bildirilib ki, müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir.
 

0