Naxçıvana Türkiyədən qazın veriləcəyi tarix açıqlandı

İQTİSADİYYAT
14:26 / 28.12.2020
913

"Türkiyədən Naxçıvana qazın verilməsinə 2022-ci ilin ilk aylarından başlanılacaq".

HİT.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz "Kanal 7"də yayımlanan "Başkent kulisi" proqramında qonaq olarkən deyib. Bildirib ki, Naxçıvana Gürcüstan üzərindən gələn Azərbaycan qazı veriləcək.

"Bir millət, iki dövlət" devizi altında bu vaxta qədər bir çox uğurlu layihələrə imza atıldığını deyən nazir yeni layihələrin olacağını da sözlərinə əlavə edib.

Camal

0