"Parlamentə təqdim olunan indiki büdcə layihəsində uşaq pulu nəzərdə tutulmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, may-iyun aylarında məsələyə yenidən baxıla bilər:
"Büdcə parametrlərinə baxdım. İlkin açıqlanan büdcədə uşaq pulunun bərpa olunması mümkün deyil. Çünki büdcə çox tez-tələsik hazırlanıb. Büdcə parametrlərində problemlər var. Ola bilər, may-iyun aylarında yenidən baxılısn. O vaxta kimi ictimai müzakirələr artarsa və müəyyən təkliflər səsləndirən qruplar olarsa, məsələyə baxıla bilər".