Avtobuslarda gediş haqları artacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
09:49 / 05.01.2021
1997

Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, bu məsələ hazırda gündəmdə deyil:

«Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib».

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

2