Bu sığorta şirkəti ləğv olunur

İQTİSADİYYAT
12:28 / 05.01.2021
1442

"AXA MBask" Sığorta Şirkəti ASC ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu rayonu, Həzi Aslanov küçəsi, ev 80/9 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 20,534 milyon manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

0