İşsizliyə görə maksimal sığorta ödənişinin həcmi müəyyənləşib - RƏSMİ

İQTİSADİYYAT
17:51 / 05.01.2021
966

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

HİT.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.

Bildirilib ki, həmin Qanunun 16-cı maddəsinə əsasən minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur.

Minimum aylıq əmək haqqı 1 oktyabr  2020-ci ildən 250 manat müəyyən edildiyi üçün minimum sığorta ödənişi də həmin tarixdən 250 manat məbləğində götürülür. Hazırda işsizliyə görə sığorta ödənişinin maksimal məbləği isə 544 manat təşkil edir.

1