Azərbaycanda maliyyə və mühasibatlıq xidmətləri göstərən "AMV Consulting" şirkəti hüquqi fəaliyyəni genişləndirmək məqsədi ilə sahibkarların hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, hüquqşünas Vüqar Cavadova həvalə edib.
HİT.Az xəbər verir ki, gənc iqtisadçılardan ibarət "AMV Consulting" şirkəti yarandığı gündən prioriteti sahibkarları şəffaf mühasibatlığa keçidə səsləmək və bu istiqamətdə ölkə iqtisadiyyatına töhvə verməkdir. Şirkət fəaliyyəti dövründə ölkəmizdə yerli və əcnəbi sahibkarlara xidmətlər göstərərək yeni bizneslərin və iş yerlərinin yaradılmasında təşəbbüskar olub.
"AMV Consulting” şirkəti sahibkarların, həmçinin, biznes və ictimai müəssisələrinin hüquqlarının qorunması, pozulmuş hüquqlarının bərpa edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması peşəkar vəkil, hüquqşünas Vüqar Cavadovla geniş əməkdaşlığa başlayıb.
Cavadov Vüqar Şahmalı oğlu Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2011-ci il tarixdən 2020-ci il mart ayınadək yerli icra hakimiyyəti orqanlarında və məhkəmə orqanlarında hüquqşünas, hakim köməkçisi vəzifələrində çalışıb. 10 ilə yaxın hüquq sahəsində, inzibati mübahisələrə dair işlər üzrə peşəkar təcrübəyə malikdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Qeyd edək ki, "AMV Consulting” AMV Şirkətlər Qrupuna (AMV Group) daxil olan maliyyə və mühasibatlıq xidmətləri göstərən şirkətdir.