Azərbaycanda 2020-ci ilin yanvar-noyabr ayları ərzində orta aylıq nominal əməkhaqqı 703,5 manat təşkil edib.
HİT.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.
2020-ci ildə əhalinin nominal gəlirlərinin həcmi 55 milyard 726,1 milyon manat olub. Əvvəlki illə müqayisədə nominal gəlirlərin həcmi 1,8 faiz azalıb.
Əhalinin hər nəfərinə düşən nominal gəlir isə 5 587,6 manat olub ki, bu isə 2019-cu illə müqayisədə 2,5 faiz azdır.