“Azqazservis” MMC ləğv olunduğunu elan edib.
HİT.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Azqazservis” MMC 2009-cu ildə yaradılıb. Şirkət vaxtilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ilə əməkdaşlıq edib, qaz abunəçilərinin sayğac göstəricilərinin çıxarılması, bildirişlərin paylanması, qazdan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması ilə məşğul olub.