Gəncə sakinləri pensiya gözləyir - Nazirlikdən açıqlama

İQTİSADİYYAT
11:45 / 20.01.2021
1266

Gəncə sakinləri pensiyaların gecikməsi ilə bağlı şikayətlərini bildiriblər.

Əhalinin 60-70 faizinin pensiya ilə dolandığını deyən sakinlər gecikmədən narahat olduqlarını bildiriblər.

Məsələ ilə əlaqədar “MediaPost”a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı gecikmələrin olmadığını deyib.

“Bu gün qeyri-iş günüdür. Hər halda sabaha, ən geci birisigünə qədər ödənişlər tam başa çatacaq. Ola bilsin ki, iki ay əvvəl pensiyalar ayın 15-də, 16-da verilib. İnsanlar da bunu əsas götürüb pensiyaların həmin vaxtda ödəniləcəyini gözləyirlər. Adətən, pensiyalar ayın sonunadək ödənilir. Bir ayın pensiyası digər aya qalmır. Narahatlığa əsas yoxdur, bu günlərdə pensiyalar köçürüləcək”-, deyə o bildirib.

0