2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 108 ölkəyə məhsul ixrac, 175 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən (DSK) HİT.Az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21863,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12177,8 milyon dollar, idxalın dəyəri 9685,5 milyon dollar təşkil etmiş, nəticədə 2492,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,2 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 36,2 faiz, ixrac isə 11,5 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, ABŞ, Fransa, Hindistan, Gürcüstan, Yunanıstan, Xorvatiya, İspaniya, İsrail, Birləşmiş Krallıq, İran, Tunis, İsveçrə, Çexiya, Belarus ilə aparılmış ticarət əməliyyatlarının əhatə edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,2 faizi Çinin, 6,1 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,4 faizi Fransanın, 3,9 faizi Ukraynanın, 3,8 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,8 faizi Yaponiyanın, 1,6 faizi Koreyanın, 1,2 faizi Hindistanın, hər biri 1,1 faiz olmaqla İspaniya və Qazaxıstanın, 1,0 faizi Belarusun, hər biri 0,9 faiz olmaqla Polşa və Niderlandın, hər biri 0,8 faiz olmaqla Türkmənistan, İsveçrə və Vyetnamın, 13,0 faizi isə digər ölkələrin payına düşüb.