Dövlət Reklam Agentliyinin şirkətləri birləşir

İQTİSADİYYAT
10:41 / 22.01.2021
795

Dövlət Reklam Agentliyinə məxsus “Artreklam - Reklamçılıq və Aydınlatma Şirkəti” MMC ləğv olunaraq Agentliyin digər şirkətinə - “İnnova - İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə qoşulur.

“Report” xəbər verir ki, bu barədə qərar Agentliyin İdarə Heyətinin yanvarın 15-də keçirilmiş iclasında qəbul olunub.

“Artreklam”ın kreditorları 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ("Dalğa Plaza" iş mərkəzi) ünvanına bildirə bilərlər.

0