"Kontakthome" müştəridən almadığı məhsulunu pulunu istəyir - ŞİKAYƏT

İQTİSADİYYAT
16:27 / 25.01.2021
1319

Vətəndaş Qoşqar Qədimbəyli “Kontakt Home” mağazalar şəbəkəsindən şikayət edib.

HİT.Az xəbər verir ki, vətəndaş almadığı telefona görə “Kontakt Home”un ondan pul tələb etdiyini bildirib:

“Karantin vaxtı telefonu onlayn sifariş verdim, hazır olanda yaxınlaşdım, tələm-tələsik imzalara başladılar, yarıya kimi imzalamışdım, davam etməmiş üzümü döndərib məhsula baxma fürsətim oldu. Bəyənmədim. “Karobka”sı əzik və “klonkası” yox idi.

Birincisi, yanımda açmış olsa belə, bunu görəcək fürsətim yox idi. İkincisi, 50 dəfə "açılıb qoşulmasın" demişdim, hər bir halda saymazlıqdır.

Qısacası, məhsulu götürmədim. Yerindəcə telefon ilə əlaqə qurduğum satış təmsilçisinə dedim ki, adımdan telefonu çıxart. Mənə tələsik imza atdıran işçilərə də dedim ki, geri qaytarın məhsulu.

3 gün sonra zəng gəldi ki, məhsuldan razısız? Dedim ki, sizdən telefon almadım, başqasından aldım, adımdan çıxardın. 2 həftə sonra zəng gəldi ki, adınızda telefon qalıb. Yenə də dedim çıxardın. Bir ay sonra da kredit borcu gəlib. İndi almadığım məhsulun pulunu istəyirlər. 4 fərqli nümayəndəyə demişəm, xeyri yoxdur, gərək dava salasan, biabır edəsən. Baxmayaraq ki, indiyədək oradan çox alver etmişəm, artıq heç kimə tövsiyə etmirəm. Soyğunçudurlar”.

0