Bakı meriyasının bu strukturları üçün yeni bina tikiləcək

İQTİSADİYYAT
12:03 / 26.01.2021
1436

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt meriyasının digər tabeli strukturları üçün yeni inzibati binanın tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün kotirovka sorğusu elan edib.

HİT.Az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 1-i, saat 11:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 496-52-05 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

0