Bakıya yeni qaz sayğacları gətirilir - Funksiyaları AÇIQLANDI

İQTİSADİYYAT
17:01 / 26.01.2021
2381

“Azəriqaz” İstehsalat Birliyi son 10 ildə iki növ sayğacdan istifadə edir: Mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan. Ən müasir əvvəldən ödənişli (smart-tipli) 60 min ədəd sayğac gələn ay Bakı şəhərinə gətiriləcək”. 

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

“Bu sayğacların da paylanmasına və quraşdırılmasına başlanılacaq. Yeni smart-tipli sayğacların əvvəlkilərdən daha çox funksiyası mövcuddur. Abonentləri narahat edən bloka düşmə, kartın oxunmaması, kartda rəqəmlərin görünməməsi və s. proseslər bu sayğaclarda yoxdur.

Həmçinin mexaniki-elektron tipli sayğaclara da əlavə xüsusi qurğular quraşdırılır. Həmin avadanlıq vasitəsilə sərfiyyatın kənardan görünməsi, borclu abonentlərin qazının açılıb-bağlanması proseslərini həyata keçirəcəyik. Həmin sayğaclar onlayn rejimdə olacaq. 

Köhnə smart-tipli sayğaclarda biz sərfiyyatı görə bilmirdik. Həmin smart-tipli sayğaclardan imtina etməmişik. Abonentlərimizi narahat edən məsələyə də həssaslıqla yanaşırıq”.

12