Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT

İQTİSADİYYAT
10:44 / 27.01.2021
758

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

HİT.Az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat;

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova", - deyə müraciətdə qeyd olunub.

0