Eyni şəxsə aid beş ədəd 10 manatlıq şirkət ləğv olunur

İQTİSADİYYAT
14:27 / 02.02.2021
895

Azərbaycanda eyni hüquqi ünvanda və eyni gündə yaradılan 5 şirkət ləğv olunur. 

Qaynarinfo xəbər verir ki, 03.06.2019 tarixində yaradılan və nizamnamə kapitalı 10 manat olan "Azernop”, "Sifon”, "Fernoz”, "Inoktas” və "Nasart” MMC-lər ləğv olunduğunu elan edib.

Elanda qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini 1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 49 ünvanına bildirə bilərlər.

Şirkətlərin qanuni təmsilçisi Xəlilova Minarə Calal qızıdır. Onların fəaliyyəti ilə bağlı internet resurslarında heç bir məlumat yoxdur.

0