“Azərsu” ASC sədrinin villası, şəxsi limanı, kateri... - FOTOLAR

12:26 / 03.02.2021
5041

Tanınmış bloger Mehman Hüseynov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun dəniz kənarında yerləşən möhtəşəm villasının video-görüntülərini yayıb.

Bakupost  xəbər verir ki, görüntülərin fonunda danışan M.Hüseynov villanın konkret harada yerləşdiyini deməsə də, Xəzər sahilində olan mülkün şəxsi çimərliyi, şəxsi limanı, şəxsi kateri olduğunu qeyd edib.

Vurğulanıb ki, bu, Q.Hüseynovun villalarından biri və yenisidir.

Qeyd edək ki, ölkədə içməli suyun qiymətinin 1 fevraldan iki dəfə bahalaşması birmənalı qarşılanmayıb. Bir çox ekspertlər “Azərsu” ASC-nin zərərlə işləməsinin səbəbi kimi külli miqdarda yeyinti və korrupsiya faktını göstəriblər. Bunun ardınca da ASC sədrinin mülkləri gündəmə gəlib.

9