BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi

İQTİSADİYYAT
12:24 / 04.02.2021
1020

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “Zığ Avtoparkı” MMC-də kadr təyinatı olub.

HİT.Az Report-a istinadən xəbər verir ki, “Zığ Avtoparkı” MMC-yə rəhbər vəzifəsi İlqar İbrahimova həvalə edilib.

Qeyd edək ki, bu vəzifəni 2021-ci ilin yanvarına qədər Etibar Quliyev icra edirdi.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Zığ Avtoparkı” MMC-nin nizamnamə kapitalı 142 499 manat təşkil edir.

1