Azərbaycanda görünməmiş tender olayı: Bu dəfə əksi baş verib...

İQTİSADİYYAT
14:35 / 06.02.2021
1100

Lənkəran Şəhər İşıqlandırma Müəssisəsi keçirdiyi tender müsabiqəsinin satınalma müqaviləsini bağlayıb.

Qaynarinfo xəbər verir ki, fiziki şəxs Aqil İsbəndiyar oğlu Mirzəyevlə bağlanan müqavilənin məbləği 167 min 363 manat 41 qəpikdir. Müqaviləyə görə, İşıqlandırma müəssisəsi üçün elektrik malları alınacaq. 

Şərtlərə görə, 2400 ədəd drossel 250 wt, 5700 ədəd kabel(4x16), 6000 ədəd kabel (2x10), 1900 ədəd statyor 250 wt, 168 ədəd avtomat 3 faza, 2400 ədəd drossel lampası 250 wt, 2520ədəd elektrik ağ lampa 20 wt, 2300 ədədelektrik ağ lampa 36 wt, 5800 ədəd kabel (2x16), 2304 ədəd elektrik ağ lampa 40 wt, 2000 ədəd elektrik ağ lampa 250 wt, 640ədəd avtomat 0 faza, 280 ədəd led projektor lampası 100 wt, 2100 ədəd elektrik lampası 85 wt, 780 ədəd prafon satılacaq. 

Bakıda elektrik mallarının satışı ilə məşğul olan iş adamları 167 min 363 manat 41 qəpiyə sözugedən malların alınmasının mümkün olmadığını bildirməklə yanaşı, müqavilənin şərtlərinin detallı açıqlanmadığını deyirlər. Məsələn, kabelin mis və ya alüminium olması, avtomat fazanın necə wt olması kəskin qiymət fərqi yarada bilər. Bununla yanaşı minimum keyfiyyət və texniki göstəricilərlə belə, bu malları 167 min 363 manat 41 qəpiyə almaq indiki qiymətlərlə mümkün deyil.

Bu baxımdan Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin keçirdiyi tender müsabiqəsi şübhələrə əsas verir. 

Qeyd edək ki, Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin əsas işi şəhər ərazisində küçə, park və meydanların işıqlandırılmasını, rayon ərazisində olan küçə işıqlandrılmasını, şəhər və rayon ərazisində olan işıq dirəklərini təmirini və işıqların axşam yandırılıb söndürülməsini təmin etməlidir.

0