SOCAR-dan şirkətin adından yalan məlumat yayan saxta saytla bağlı açıqlama

İQTİSADİYYAT
14:38 / 07.02.2021
976

SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə “socar.space” ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur.

“SOCAR tam qətiyyətlə “socar.space” saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir.

Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək”.

0