Bu şəhərdən Bakıya uçuşlar bərpa edilir

İQTİSADİYYAT
18:14 / 11.02.2021
1525

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək.

“Report” RBK-ya istinadən xəbər verir ki, Nijni Novqorod şəhərinin “Striqino” beynəlxalq aeroportu xarici ölkələrə uçuş cədvəlini yeniləyərkən ora Bakı (Azərbaycan) istiqamətini də salıb.

Belə ki, fevral ayının 17-dən adıçəkilən şəhərdən paytaxtımıza reyslər həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl AZAL və Rusiyanın “Aeroflot” aviaşirkəti Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlanacağını açıqlamışdı.

0