Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Belə ki, fevralın 12-13-də rayonun Mehidabad qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.
Məlumata görə, fasilə yenidənqurma işləri ilə əlaqədardır.