"Azərenerji" 2 milyon manatlıq 3 tenderə yekun vurdu

İQTİSADİYYAT
10:23 / 15.02.2021
821

"Azərenerji" ASC avtomobillərin ehtiyyat hissələrinin (1), elektrik mallarının (2), eləcə də müxtəlif növ kompüter avadanlıqları və aksessuarların (3) satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

HİT.Az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Novum Fmcg", "Buta Supply" və "İnfinitech" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 928 min manat, 236 min manat və 746 min manat, ümumilikdə isə 1,91 milyon manat ödəniləcək.

0