"Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılacaq”.
HİT.az xəbər verir ki, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
"Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılacaq. KOB-ların ÜDM-in formalaşmasında əhəmiyyətli mövqeyə malik olması, dövlət satınalmalarında iştirakının təşviqi və biznesə münasibətdə şəffaflıq üçün tədbirlər həyata keçiriləcək”, - deyə nazir qeyd edib.