"Brent" neftinin qiyməti 65 dolları ötdü

İQTİSADİYYAT
09:00 / 18.02.2021
828

Dünya birjalarında neft qiymətlərində bahalaşma müşahidə olunur.

HİT.Az xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 1,7% bahalaşaraq 65,46 dollara yüksəlib.

Sonuncu dəfə “Brent”in qiyməti 65 dolları 2020-ci ilin yanvarında ötmüşdü.

“WTI” markalı neftin bir barreli isə 1,7 % artımla 62,21 dollardan satılır.

0