"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR

İQTİSADİYYAT
11:46 / 19.02.2021
1124

“Günay Bank” 2020-ci ili 81% azalma ilə başa vurub.

Valyuta.Az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Günay Bank”ın xalis mənfəəti 1 il ərzində 1 mln. 765 min manat və ya 81% azalaraq 408 min manata düşüb.

Bankın cəmi aktivləri 2019-cu ilin yekunu ilə müqayisədə 29 mln. 286 min manat azalaraq 245 mln. 42 min manata düşüb. Bunun səbəbi isə bankın müştərilərinə verdiyi xalis kreditlərin 33 mln. 195 min manat artaraq 170 mln. 654 min manata çatması olub.

Bankın cəmi öhdəlikləri isə 28 mln. 585 min manat artaraq 179 mln. 965 min manata çatıb. Bu isə bankda yerşlədirilən depozitlərin 12 mln. 919 min manat artıb 94 mln. 488 min manat olmasına görədir. Bankın cəmi kapitalı 701 min manat artaraq 65 mln. 77 min manata yüksəlib.

ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB

“Günay Bank”ın faiz gəlirləri 12 mln. 938 min manat, faiz xərcləri 7 mln. 774 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 5 mln. 163 min manat təşkil edib. 

Qeyri-faiz gəliri 5 mln. 650 min manat, qeyri-faiz xərcləri isə 8 mln. 865 min manat olan bankın əməliyyat mənfəəti 1 mln. 948 min manat olub. Bu da 2019-cu ilin sonu ilə müqayisədə 1 mln. 393 min manat və ya 41% azdır.

2020-ci ilin sonunda Bankın məcmu kapitalı 64 mln. 847 min manat olub.

0